DÜNYA


Monteneqroda 35 min insan işsizdir

Podqoritsa, 15 iyun, AZƏRTAC

Monteneqroda 35 min işsiz insan var. Bu göstərici ötən həftə ilə müqayisədə 0,7 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Məşğulluq İdarəsi məlumat yayıb. Bildirilir ki, bu həftə işsizlik səviyyəsi 15,85 faizdən 15,74 faizə düşüb. Ən yüksək işsizlik səviyyəsi 2000-ci ilin iyul ayında (32,7 faiz), ən aşağı səviyyə isə (10,1 faiz) 2009-cu ilin avqustunda qeydə alınıb.

Məşğulluq İdarəsi bu ilin əvvəlindən etibarən 5340 yeni işçi qeydə alıb. Bu müddət ərzində 15 min 640 vakant yer elan edilib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.