DÜNYA


Monteneqroda infarkt halları kəskin artıb

Podqoritsa, 29 sentyabr, AZƏRTAC

Monteneqroda infarkt halları kəskin artmaqdadır.

AZƏRTAC xəbər verir ki, ilin əvvəlindən sentyabr ayına qədər olan dövrdə 313 infarkt halı qeydə alınıb. Bu göstərici 2019-cu ildə 207, 2020-ci ildə 206, ötən il isə 254 olub.

Həkimlər ölkədə infarkt hallarının 50 faiz artmasının hava şəraiti və qeyri-sağlam həyat tərzi ilə bağlı olmaqla yanaşı, əsas səbəbin koronavirus olduğunu bildiriblər. Qeyd olunub ki, epidemiya başlayandan bəri aparılan araşdırmalar bu iddianı təsdiqləyib. Həkimlər COVID-dən sonra istirahət etməyi və kardioloq nəzarətindən keçməyi tövsiyə edirlər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.