DÜNYA


Monteneqroda parlament seçkilərinin vaxtı müəyyənləşib

Monteneqroda parlament seçkilərinin vaxtı müəyyənləşib

Podqoritsa, 28 mart, AZƏRTAC

Monteneqroda növbədənkənar parlament seçkiləri iyunun 11-də keçiriləcək.

AZƏRTAC xəbər verir ki, qərar hazırkı parlament çoxluğunun yeni hökuməti formalaşdıra bilməməsindən sonra qəbul olunub.

Xatırladaq ki, ötən həftə Monteneqro Prezidenti Milo Cukanoviç ölkə parlamentinin buraxıldığını elan edib.

Monteneqroda uzun müddətdir siyasi böhran davam edir. Belə ki, ölkədə yeni hökumətin formalaşdırılması üçün verilən müddət başa çatıb, hökuməti qurmaq öhdəliyi həvalə olunan keçmiş xarici işlər naziri Miodraq Lekiç lazımi dəstək ala bilməyib.

Baş nazir Dritan Abazoviçin rəhbərlik etdiyi hökumət ötən il avqustun 19-da parlamentdə keçirilən etimadsızlıq səsverməsi nəticəsində buraxılmışdı.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.