DÜNYA
Monteneqroda prezident seçkilərinin keçirilmə tarixi məlum oldu
Podqoritsa, 17 yanvar, AZƏRTAC
Monteneqro Parlamentinin sədri Daniyela Curoviç ölkədə prezident seçkilərinin 2023-cü il martın 19-da keçirilməsini nəzərdə tutan fərmanı imzalayıb.
AZƏRTAC xəbər verir ki, Monteneqro Konstitusiyasına görə, parlamentin spikeri hazırkı prezidentin səlahiyyət müddətinin bitməsinə ən gec 120 gün qalmış seçkilərin tarixini təyin etmək səlahiyyətinə malikdir. D.Curoviç seçkilərin bu fərmandan sonra 60-90 gün arasında keçirilməli olduğunu bildirib. Deyib ki, aprel ayı dini bayramların sıx olduğu ay olduğuna görə seçkilərin keçirilməsi üçün ən məqbul tarix martın 19-dur.
Xatırladaq ki, Monteneqroda hazırkı Prezident Milo Cukanoviç 2018-ci il aprelin 15-də keçirilən seçkilərdə səslərin 53,9 faizini toplayaraq qalib gəlib. O, həmin il mayın 20-də and içərək vəzifəsinin icrasına başlayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]