İDMAN


Monteneqroda şahmat üzrə “Heydər Əliyev kuboku” turniri keçirilib VİDEO

Bakı, 12 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyinin, Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Azmont Investments şirkətinin dəstəyi ilə şahmat üzrə “Heydər Əliyev kuboku” turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, turniri Monteneqrodakı Diplomatik Nümayəndəliyimizin müşaviri Anar Əcəmov açaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərindən danışıb. Diqqətə çatdırıb ki, 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə gələn Ulu Öndər Azərbaycanı dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Azərbaycan xalqı bu dahi şəxsiyyətin xidmətlərini heç vaxt unutmayacaq.

Turnirdə Monteneqronun yığma və olimpiya komandalarının üzvləri, tanınmış şahmatçıları - qrossmeysterlər, beynəlxalq ustalar və FIDE ustaları iştirak ediblər.

“Heydər Əliyev kubokunu” Nikola Cukiç qazanıb.

Böyük maraq doğuran turnir yerli KİV-də geniş işıqlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.