DÜNYA


Monteneqrodakı Serbiya vətəndaşları prezident və parlament seçkilərində səs verə biləcəklər

Monteneqrodakı Serbiya vətəndaşları prezident və parlament seçkilərində səs verə biləcəklər

Podqoritsa, 24 mart, AZƏRTAC

Aprelin 3-də Serbiyada keçiriləcək prezident və parlament seçkilərində Monteneqrodakı serblər də səsvermə hüququna malik olacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Monteneqronun xarici işlər naziri Djordje Raduloviç deyib.

Nazir qeyd edib ki, Monteneqro hökuməti Serbiyanın bu ölkədə seçki məntəqələrinin yaradılması ilə bağlı tələbini rədd etdikdən sonra qarşı tərəf əsaslandırılmış nota göndərib. Bundan sonra Serbiyanın Monteneqrodakı səfirliyində və Herceq Novidəki konsulluqda, eləcə də Berane, Sutomore və Nikşiç şəhərlərində səsvermə məntəqələrinin yaradılmasına qərar verilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.