DÜNYA


Monteneqrodakı silahlı hücumda həlak olanların xatirəsi yad edilib

Podqoritsa, 14 avqust, AZƏRTAC

Monteneqronun Çetinye şəhərində baş verən silahlı hücumda həlak olanların xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, Hökumət Evində keçirilən anım mərasimində Monteneqro Prezidenti Milo Cukanoviç, Baş nazir Dritan Abazoviç və başqaları iştirak ediblər.

Milo Cukanoviç, həmçinin faciə zamanı yaralananlara baş çəkib, onların səhhəti ilə maraqlanıb, tezliklə sağalmalarını arzulayıb.

Xatırladaq ki, avqustun 12-də Çetinyedə silahlı şəxs ailə münaqişəsi zəminində öz ailə üzvlərinə, polis əməkdaşlarına və yoldan keçənlərə atəş açıb. Hadisə nəticəsində 11 nəfər ölüb, 6 nəfər yaralanıb, silahlı şəxs isə polislə atışma zamanı zərərsizləşdirilib.

Faciə ilə bağlı ölkədə üçgünlük matəm elan edilib, dövlət bayraqları endirilib, bütün kütləvi tədbirlər ləğv olunub.

 
Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.