CƏMİYYƏT


Monteneqronun Lovçen zirvəsində Azərbaycan bayrağı dalğalandırılıb

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycan–Monteneqro İqtisadiyyat və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Monteneqronun dövlətçilik rəmzi hesab edilən Lovçen dağının zirvəsində üçrəngli bayrağımız dalğalandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzin direktoru Seyran Mirzəzadə bildirib ki, 28 May – Respublika Günü münasibətilə soydaşlarımız monteneqrolu dostları ilə birlikdə Lovçen dağının ən yüksək zirvəsində yerləşən Milli Parkı və Monteneqro hökmdarı II Petar Petroviç Nyeqoşun məqbərəsini ziyarət ediblər. Aksiya zamanı Azərbaycan və Monteneqro bayraqları dalğalandırılıb. Tədbirin gedişində Monteneqronun dövlət televiziya və radiosuna Azərbaycanın Respublika günü barədə müsahibə verilib.

Eyni zamanda, Azərbaycan–Monteneqro İqtisadiyyat və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Monteneqro və Bosniya xəbər saytlarında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 103-cü ildönümündən bəhs edən məqalələr yayımlanıb.

Bojidar Proroçiçin qələmə aldığı məqalələrdə bildirilib ki, hər il mayın 28-də Azərbaycanda Respublika Günü qeyd edilir. Cümhuriyyətin yaranma tarixi, fəaliyyəti, ictimai-siyasi, iqtisadi və humanitar sahələrdə həyata keçirdiyi islahatlar, əldə etdiyi nailiyyətlər və süqutu barədə ətraflı məlumat verilib. 1991-ci ildə xalqımızın dövlət müstəqilliyini bərpa etdiyi, dahi siyasi xadim və görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlər göstərdiyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişaf edən ölkələrdən birinə çevrildiyi, ölkəmizin ərazi bütövlüyünün təmin olunduğu diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.