RƏSMİ SƏNƏDLƏR


Monteneqronun Prezidenti Zati-aliləri cənab Milo Cukanoviçə

Hörmətli cənab Prezident,

Monteneqronun milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq və əməkdaşlıq münasibətləri ardıcıl şəkildə inkişaf edərək xalqlarımızın rifahına bundan sonra da töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2019-cu il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin