DÜNYA


Monteneqronun iqtisadiyyatı artıma görə Avropada lider ola bilər

Podqoritsa, 22 oktyabr, AZƏRTAC

Monteneqronun cari ildə Avropada ən böyük artıma malik iqtisadiyyatı olacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu proqnozla Vyana Beynəlxalq İqtisadi Araşdırmalar İnstitutu (WIIW) çıxış edib. İnstitutun hesabatına görə, bu il Monteneqronun iqtisadiyyatı 8,4 faiz artacaq.

Rekord artıma baxmayaraq, bu göstərici ilə Monteneqronun iqtisadiyyatının pandemiyadan əvvəlki səviyyəyə qayıdacağı gözlənilmir.

Qeyd edək ki, əsasən turizm gəlirlərindən asılı olan Monteneqroda ötən il iqtisadiyyat 15,3 faiz geriləmişdi.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.