Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sizi doğum gününüz münasibətilə böyük məmnuniyyətlə təbrik edir, möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan ilə Monteneqronun dostluq və tərəfdaşlığının möhkəmləndirilməsinə, xalqlarımızın mənafeyi və firavanlığı naminə işə Sizin misilsiz töhfənizi xatırlatmaq mənim üçün böyük şərəfdir. Sizinlə əməkdaşlığı yüksək qiymətləndirir, əmin olduğumu bildirirəm ki, Monteneqro ilə Azərbaycan arasında münasibətlər birgə səylərimizlə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək xatırlatmaq istərdim ki, Sizin müdrik rəhbərliyiniz, uzaqgörənliyiniz və rasional həllər tapmaq bacarığınız sayəsində Azərbaycan bu gün ictimai həyatın bir çox sahələrində müsbət nümunə kimi tanınır.

Zati-aliləri, qarşıdan gələn illərdə də Sizə ali dövləti vəzifənizdə uğurlar diləyir, ailənizə və dost Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzu edirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Filip Vuyanoviç

Monteneqronun sabiq Prezidenti (2003-2018)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin