İQTİSADİYYAT
“Moody’s İnvestors Service” beynəlxalq reytinq agentliyinin nümayəndələri Beynəlxalq Sığorta Şirkətində olmuşlar
Bakı, 20 iyun (AZƏRTAC). “Beynəlxalq Sığorta Şirkəti” (BSŞ) ASC-nin baş ofisində “Moody’s Investors Service” Beynəlxalq reytinq agentliyinin nümayəndələri ilə görüş keçirilmişdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Beynəlxalq Sığorta Şirkətinin ötən illərdəki reytinqi, hazırkı stabil maliyyə vəziyyəti və inamlı inkişafı müzakirə olunmuşdur.
Qeyd olunan məsələlər ətrafında aparılan fikir mübadiləsi zamanı BSŞ-nin reytinq agentliyi ilə əməkdaşlıq təcrübəsinə istinad edilərək bu əməkdaşlığın davam etdirilməsinin müsbət perspektivlərindən danışılmışdır. Bununla yanaşı, görüş iştirakçıları BSŞ-də biznesin inkişafına dair bir sıra mühüm strateji məsələlər ətrafında geniş diskussiya aparmışlar.