DÜNYA


Moraviyada beynəlxalq stil və moda ideyaları yarmarkası keçirilir

Praqa, 17 fevral, AZƏRTAC

Brno Sərgi Mərkəzində “Styl а Kabo” beynəlxalq stil və moda ideyaları yarmarkası keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə 250-dən çox şirkət iştirak edir. Onların 40 faizi xarici ölkələrin təmsilçiləridir. Festivalın qonaqları 21-dən artıq ölkəni təmsil edən istehsalçıların məhsulları ilə tanış olacaqlar.

Yarmarka “B2B” formatında – yəni, ilk növbədə moda və tikiş istehsalatı sahəsində məşğul olanlar üçün keçirilir. Builki yarmarkada yeni bölmə - “Design Street” açılıb. Bu sənətə yeni başlayan kreativ dizaynerlərin məhsulları bu bölmədə təqdim edilir. Onlar fərdi sifarişləri hazırlamaqla yanaşı, tanınmış brend və mağazalarla əməkdaşlıq etmək fürsəti da qazanacaqlar.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.