İQTİSADİYYAT


“Morgan Stanley”: Neftin qiyməti 85 dollar/barrelə çatacaq

Bakı, 3 iyul, Nihad Budaqov, AZƏRTAC

ABŞ-ın ən böyük banklarından olan “Morgan Stanley” neftin qiymətinə dair proqnozunu yüksəldib.

AZƏRTAC banka istinadla xəbər verir ki, “Morgan Stanley” bu ilin sonuna dair “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti üzrə proqnozunu 7,5 dollar artıraraq 85 dollara çatdırıb.

“Morgan Stanley” İran, Liviya və Anqolada neft istehsalının azalacağını gözləyir. Səudiyyə Ərəbistanın neft hasilatının isə artacağını nəzərdə tutulur.

Banka görə, neft qiyməti üçün risklər hələ də çox yüksəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.