İDMAN


Morinari Vatanabe: Mehriban Əliyeva təkcə Azərbaycanda yox, dünyada da gimnastikanın inkişafına töhfə verir

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Mehriban Əliyeva təkcə Azərbaycanda yox, dünyada da gimnastikanın inkişafına mühüm töhfə verir.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu sözləri Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe bu qurumun İcraiyyə Komitəsinin Bakıda keçirilən iclasında deyib.

M.Vatanabe bildirib ki, AGF çoxlu sayda yarış və görüşlərə yüksək səviyyədə ev sahibliyi edib və hər kəs Bakıya məmnuniyyətlə gəlir. Gimnastika Azərbaycanda xeyli inkişaf edib və biz hər dəfə Bakıya gələndə bunun şahidi oluruq.

Azərbaycanın istənilən yarışa yüksək səviyyədə ev sahibliyi etmək iqtidarında olduğunu vurğulayan FIG prezidenti xatırladıb ki, 2019-cu ildə Bakıda bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək.

M.Vatanabe qeyd edib ki, təkcə gimnastika yox, bütün idman növləri baxımlı olmalıdır. FIG-nin əsas məqsədi insanların gimnastikanı daha yaxşı anlaması və bu idmana maraqla baxmasıdır.

Federasiyaya yeni üzvlərin qəbul olunması barədə suala cavabında FIG prezidenti vurğulayıb ki, 192 ölkədən 147-si FIG-nin üzvüdür. Gündəlikdə yeni üzvlərin qəbulu məsələsi də var.

Parkurun yarışlar sırasına daxil edilməsi məsələsini şərh edən M.Vatanabe deyib ki, bu məsələ gündəlikdə yer alıb. O, yaxın zamanlarda parkurun idman növləri sırasına salınacağına ümid etdiyini bildirib.

Dekabrın 2-3-də Bakı ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının Konqresinə ev sahibliyi edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.