İQTİSADİYYAT


“MosBuild 2019” sərgisində Azərbaycan məhsullarının ixracına dair razılıq əldə olunub

Bakı, 11 aprel, AZƏRTAC

Moskvada keçirilən "MosBuild 2019" sərgisində Azərbaycan məhsullarının ixracına dair razılıq əldə edilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan məhsulları Moskvada təşkil edilmiş "MosBuild 2019" beynəlxalq tikinti və inşaat materialları sərgisində nümayiş olunub. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə tikinti və inşaat materialları istehsalı ilə məşğul olan 10 Azərbaycan şirkəti öz məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edib.

Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracına dair müzakirələr aparılıb. Belə ki, "NB Group" şirkəti Rusiya və Braziliya şirkətləri ilə danışıqlarda 200 min dollarlıq məhsul ixracına iki müqavilənin bağlanmasına dair razılıq əldə edib.

"Mətanət A" şirkəti Qazaxıstan, Rusiya, Moldova və Gürcüstandan olan şirkətlərlə 100 ton məhsul ixracı barədə ilkin razılıq əldə olunub.

"BKN" MMC şirkətinin istehsal etdiyi boya məhsulları Misir, Rusiya və Qırğızıstandan olan idxalçıların marağına səbəb olub, artıq məhsulların Qırğızıstana ixracına dair razılığa gəlinib.

Bundan başqa, "Karvan-L", "Caspi-Marine Technologies", "Fəxrəddin- K", "STP", "Semsan", Bosson" şirkətləri Rusiya, Qazaxıstan, Tacikistan, Özbəkistan, Ukrayna, Belarus, Misir, Gürcüstan və Çindən olan şirkətlərlə danışıqlar aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.