SİYASƏT
Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin rolunun fəallaşmasını alqışlayır
Moskva, 20 oktyabr, AZƏRTAC
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun iştirakçısı kimi Türkiyənin rolunun fəallaşmasını yalnız alqışlamaq olar. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə söyləyib.
Mariya Zaxarova deyib: “ATƏT-in Minsk qrupunun iştirakçısı kimi Türkiyənin rolunun dəyişməsinə və fəallaşmasına gəldikdə isə Minsk qrupu üzvlərinin bu nizamlama prosesində həqiqətən konstruktiv rol oynamaları üçün bunu yalnız alqışlamaq olar. Zənnimcə, konstruktiv rol oynamaq və bunu fəal şəkildə etmək, əslinə baxılırsa, onların birbaşa vəzifəsidir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva