RƏSMİ SƏNƏDLƏR


Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Sizə şəxsən öz adımdan və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları olan çoxsaylı dostlarınız adından möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasının rifahı naminə məsul işinizdə sədaqətli dostlar və məsləkdaşlar arzu edirəm. Qoy Sizin hər bir təşəbbüsünüz uğurlu olsun!

Hörmətlə və ən xoş arzularla,

 

Anatoli Torkunov

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru,

Rusiya Elmlər Akademiyasının akademiki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin