Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru, professor Vaqif Bayramovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Moskva Dövlət Humanitar İqtisad Universitetinin professor-müəllim heyəti adından və şəxsən öz adımdan ürəkdən gələn ən səmimi təbriklərimizi qəbul edin.

Təhsil və əlil gənclərin sosiallaşması sahəsində Rusiya-Azərbaycan əməkdaşlığını hərtərəfli dəstəklədiyinizə görə Sizə təşəkkür edirik.

Zati-alinizə səmimi qəlbdən tükənməz həyat eşqi və cansağlığı, Azərbaycan Respublikasının rifahı və inkişafı naminə uğurlu və səmərəli fəaliyyət, Sizə və ailənizə xoşbəxtlik və firavanlıq arzu edirik.

Hörmətlə,

 

Vaqif Bayramov

Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru, professor

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin