ELM VƏ TƏHSİL


Moskva Dövlət İnşaat Universiteti “Education 2018” sərgisində təmsil olunur

Bakı, 12 oktyabr, AZƏRTAC

Hazırda universitetimizdə 5 azərbaycanlı gənc təhsil alır.

Bu barədə Bakı Ekspo Mərkəzində keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisində Moskva Dövlət İnşaat Universitetini təmsil edən Alina Rubakova AZƏRTAC-a məlumat verib.

O deyib: “Universitetimizdə 13 bakalavr, 8 magistr, 10 aspirantura ixtisası var. Sərgidə abituriyentlərə, tələbələrə magistratura, aspirantura proqramları haqqında məlumat veririk. Bizimlə əsasən inşaat və memarlıq ixtisaslarına görə maraqlanırlar. Universitetimiz Rusiyanın qabaqcıl ali təhsil müəssisələrindən biridir. Habelə yeganə inşaat universitetiyik ki, bizə milli tədqiqat statusu verilib. Moskva Dövlət İnşaat Universiteti 2021-ci ildə 100 yaşını qeyd edəcək. Bu müddət ərzində ali məktəb 70 ölkəyə 3 min 500 mütəxəssis hazırlayıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.