RƏSMİ XRONİKA


Moskva Dövlət Linqvistika Universitetinin rektoru İrina Xaleyevadan

Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin növbəti dəfə bu ali vəzifəyə seçilməyiniz qazandığınız yüksək nüfuzun Azərbaycan xalqı tərəfindən dəstəklənməsinin təsdiqidir. Əminəm ki, Sizin yüksək liderlik keyfiyyətləriniz bundan sonra da Azərbaycan Respublikasında sabitliyə və iqtisadi inkişafa şərait yaradacaqdır.

Moskva Dövlət Linqvistika Universitetinin kollektivi Sizi Azərbaycan və rus xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsinin əqidəli tərəfdarı kimi tanıyır və qiymətləndirir. Təhsil sahəsində humanitar əməkdaşlığa çox cəhətdən Sizin səyləriniz sayəsində yeni ruh gəlmişdir. Bunun nəticəsində Azərbaycan ali məktəbləri ilə sıx və səmərəli əlaqələr yaranmışdır.

Ümid edirik ki, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının mədəniyyətləri və konfessiyaları arasında yaranmış konstruktiv dialoq ikitərəfli ali məktəblərarası qarşılıqlı əlaqələrin dərinləşməsinə və genişlənməsinə çox kömək edəcəkdir.

Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycanın rifahı naminə yeni zəfərlər arzulayırıq.

Hörmətlə,

İrina Xaleyeva

Moskva Dövlət Linqvistika Universitetinin rektoru

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin