ELM VƏ TƏHSİL


Moskva Dövlət Qida İstehsalı Universiteti UNEC-də təlimlərə start verib

Bakı, 21 sentyabr, AZƏRTAC

Moskva Dövlət Qida İstehsalı Universitetinin təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təlimlərə start verilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, oktyabrın 6-dək davam edəcək təlimlər “Peşəkar problemlərin həllində VR-AR texnologiyaların tətbiqi”, “Peşəkar fəaliyyətdə texnoloji avadanlıqların 3D modelləşdirilməsindən istifadə” və “Texnosfer təhlükəsizliyinin idarə olunmasına müasir yanaşmalar” mövzularında tərtib olunmuş proqramlar üzrə ödənişsiz təşkil olunacaq.

Kurslar 2 modul üzrə aparılacaq. Sentyabrın 20-27-də “Webinar.ru” platformasında onlayn və oktyabrın 4-6-da əyani formatda praktik tapşırıqların icrası və yekun attestasiyadan, habelə sertifikatların təqdimatından ibarət olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.