ELM VƏ TƏHSİL


Moskva Dövlət Universitetinin Bakı Filialının magistraturasında təhsil almaq istəyənlərin nəzərinə

Bakı, 7 iyun, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında magistratura proqramları üzrə birinci kursa ərizə qəbulu elektron formada aparılır. İyunun 1-dən başlanmış ərizə qəbulu iyunun 17-dək davam edəcək.

AZƏRTAC MDU-nun Bakı Filialının saytına istinadla xəbər verir ki, iyunun 19-da magistraturaya qəbul olmaq istəyənlər üçün “Zoom” platforması üzərindən konsultasiya keçiriləcək. Konsultasiyanın saatı barədə əlavə məlumat veriləcək.

İmtahanların iyunun 21-də keçirilməsi planlaşdırılır.

Filologiya, riyaziyyat, kimya, psixologiya, fizika ixtisasları üzrə imtahan saat 10:00-da başlanacaq.

İqtisadiyyat fakültəsində bir gündə iki imtahan keçiriləcək: menecment ixtisası üzrə imtahan saat 10:00-da, ingilis dili üzrə imtahan saat 13:00-da başlanacaq.

İmtahanlar Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küçəsi 1 ünvanında keçiriləcək. İmtahan verənlər imtahan günlərində özləri ilə aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

1.Şəxsiyyəti təsdiq edən sənəd;

2.Elektron qeydiyyat sistemindən çap edilmiş buraxılış vərəqəsi (imtahan verənin özü tərəfindən imzalanmış halda);

3.“Sağlamlıq haqqında bəyannamə” (elektron qeydiyyat sistemindən çap edilir).

Cari ilin məzunları əgər MDU-nun Bakı Filialının məzunları deyilsə, imtahana qədər müvafiq universitetin (institutun) tədris hissəsindən bu təhsil müəssisəsini müvəffəqiyyətlə bitirmələri haqqında arayış alaraq [email protected] ünvanına göndərməlidirlər.

Magistraturaya qəbul qaydaları ilə MDU-nun Bakı Filialının saytında yerləşdirilmiş link üzərindən tanış olmaq mümkündür.

Telefon: (012) 409 33 71

E-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.