REGİONLAR


Moskva Dövlət Universitetinin kafedra müdiri Naxçıvan Dövlət Universitetində mühazirə oxuyub

Naxçıvan, 29 noyabr, AZƏRTAC

Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə tədrisi kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Yelena Vladimirovna Brızqalina Naxçıvan Dövlət Universitetinə (NDU) mühazirə demək üçün dəvət olunub. Universitetin beynəlxalq münasibətlər və xarici dillər fakültəsində təşkil olunan mühazirələr iki gün davam edib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mühazirədən əvvəl universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək belə tədbirlərin keçirilməsinin tələbələrin nəzəri biliklərinin daha da genişləndirilməsinə imkan yaratdığını bildirib.

Mühazirənin ilk günü “XXI əsr elminin xüsusiyyətləri: fəlsəfə aspektləri” mövzusundan bəhs edilib. XXI əsrdə elmin, texnikanın inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən, yeni dövrdə elmin başlıca məqsədlərindən və cəmiyyətin tənzimlənməsindən danışılıb.

“Müasir universitet müəllim və tələbələrinin fəlsəfi düşüncələri” adlanan mühazirədə isə universitet təhsilinin xüsusiyyətləri, məqsədi, vəzifələri, cəmiyyətin müxtəlif sahələrində tətbiqi vurğulanıb.

Yelena Brızqalina Naxçıvana səfəri çərçivəsində Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbində də müəllim və şagirdlərlə görüşüb.

Naxçıvan şəhəri ilə tanışlıq zamanı “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi və Duzdağ Fizioterapiya Mərkəzində olan qonaq Naxçıvanın gözəlliyinə heyran qaldığını deyib, buranın tarixi abidələrlə zəngin qədim şəhər olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.