MƏDƏNİYYƏT
Moskva Dünya Şəhərlərinin Mədəniyyət Forumunun sammitini qəbul edəcək
Bakı, 19 may, AZƏRTAC
Moskva şəhərinin Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski və London meriyasının Mədəniyyətin İnkişafı İdarəsinin başçısı Jüstin Saymons Britaniya paytaxtında Dünya Şəhərlərinin Mədəniyyət Forumunun sammitinin Moskvada keçirilməsi barədə saziş imzalayıblar. Sammit oktyabrın 5-7-də keçiləcək.
AZƏRTAC “news.sputnik.ru” saytına istinadla xəbər verir ki, Rusiya paytaxtında dünyanın 35-dən çox ən iri şəhərinin rəsmi nümayəndələri, mədəniyyət departamenti və idarələrinin rəhbərləri bir araya gələcəklər. Sammitin başlıca mövzusu müasir şəhərlərin müvəffəqiyyətində mədəniyyətin rolu olacaq.
Budəfəki sammit sayca beşinci zirvə görüşüdür. Əvvəlki zirvə görüşləri İstanbul, Amsterdam, habelə iki dəfə Londonda keçirilib.
Aleksandr Kibovski deyib: “Bu il qəbul edəcəyimiz mədəniyyət forumu bir növ mədəniyyət sahəsində “Böyük iyirmiliyin” özünəməxsus analoqudur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]