ELM VƏ TƏHSİL
Moskva İslam İnstitutunun rektoru Azərbaycan İlahiyyat İnstitutunda
Bakı, 22 dekabr, AZƏRTAC
Rusiya Federasiyasının Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun (Mİİ) rektoru professor Damir Muxetdinov Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) əməkdaş və tələbələrlə görüşüb, Mİİ-də aparılan elmi-tədqiqatlar haqqında məlumat verib. O, tələbə mübadiləsi, bir sıra digər layihələrin həyata keçirilməsinin mümkünlüyünü ifadə edib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən bu ali məktəbin rektoru, dosent Aqil Şirinov imzalanan əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilə biləcək layihələr barədə danışıb.
Sonra “Müasir İslam düşüncəsi” mövzusunda seminar keçirilib. Seminarda Allahın varlığı, fərqli Tanrı təsəvvürləri, İslam düşüncəsində müxtəlif məktəblərin rolu, radikallaşma və digər mövzular haqqında danışılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]