MƏDƏNİYYƏT
Moskva Konservatoriyasında Qara Qarayevin 100 illik yubileyinə həsr edilən konsert olacaq
Bakı, 10 fevral, AZƏRTAC
Aprelin 9-da P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr edilən konsert olacaq.
AZƏRTAC Moskva Konservatoriyasının saytına istinadla xəbər verir ki, konsertin solistləri Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano) və beynəlxalq müsabiqələr laureatı Nikita Borisoqlebskidir. Moskva Konservatoriyasının simfonik orkestrinə Rusiyanın Əməkdar Artisti Anatoli Levin dirijorluq edəcək. Konsertdə Dmitri Şostakoviç, Qara Qarayev və Fərəc Qarayevin əsərləri səsləndiriləcək.
Xatırladaq ki, fevralın 1-də Moskva Konservatoriyasının kiçik zalında SSRİ-nin və Azərbaycanın Xalq Artisti Qara Qarayevin 100 illik yubileyinə həsr edilən konsert olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]