Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin rektoru Alevtina Çernikovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin kollektivi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Sizin dövlət başçısı vəzifəsində Azərbaycan Respublikasının firavanlaşmasına, ölkənin iqtisadi və intellektual potensialının inkişafına, dövlətlərimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş səmərəli fəaliyyətiniz yüksək peşəkarlığın və idarəçilik istedadının parlaq nümunəsidir.

Bizim universitetlə Azərbaycanın akademik ictimaiyyəti arasında çoxdan mövcud olan səmərəli əməkdaşlıq ölkənin kadr potensialının formalaşmasına kömək edir. Bizim universitetdə hər il onlarca istedadlı azərbaycanlı tələbə təhsil alır. Onlar Azərbaycan sənayesinin modernləşməsinə layiqli töhfələr verəcəklər.

Möhtərəm cənab Prezident, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, firavanlıq, tükənməz enerji, sədaqətli həmfikirlər və Vətənin rifahı naminə yeni zəfərlər arzu edirəm.

Hörmətlə,

 

Alevtina Çernikova

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin rektoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin