Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin rektoru Alevtina Çernikovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin kollektivi adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.

Dövlət başçısı vəzifəsində Azərbaycan Respublikasının tərəqqisinə, ölkənin iqtisadi və intellektual potensialının inkişafına, dövlətlərimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş səmərəli fəaliyyətiniz Sizə həmvətənlərinizin və rusiyalıların səmimi sevgisini və hörmətini qazandırıb.

Uzun illərdir ki, Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universiteti Azərbaycanın akademik və biznes ictimaiyyəti ilə sıx qarşılıqlı əlaqə saxlayır, ölkənizdə dağ-mədən işinin və metallurgiya sənayesinin inkişafına layiqli töhfə verəcək mütəxəssislərin yeni nəslinin hazırlanmasına yönəlmiş birgə proqramların geniş spektrini uğurla reallaşdırır.

Möhtərəm cənab Prezident, doğum gününüzdə Sizə tükənməz həyat enerjisi, sədaqətli həmfikirlər, möhkəm cansağlığı və əmin-amanlıq arzu edirəm.

Hörmətlə,

 

Alevtina Çernikova

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin rektoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin