SİYASƏT


Moskva Qarabağ münaqişəsinin nizamlanmasında bütün müsbət meyilləri alqışlayır

Moskva, 4 oktyabr, AZƏRTAC

Moskva Qarabağ münaqişəsinin nizamlanması prosesində nəzərə çarpan bütün müsbət meyilləri alqışlayır.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri Moskvada keçirdiyi brifinqdə söyləyib.

M.Zaxarova deyib: “Biz nəzərəçarpan bütün müsbət meyilləri alqışlayırıq. İndi bu meyilləri inkişaf etdirmək və ehtiyatsız ritorika ilə işə ziyan vurmamaq vacibdir, təəssüf ki, son zamanlar belə ritorika da baş verir. Biz öz tərəfimizdən bu müsbət meyillərə bütün lazımlı köməyi göstərəcəyik”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.