DÜNYA


Moskva aeroportları Qələbə paradının hava hissəsi ilə bağlı hazırlıq məqsədilə işlərini müvəqqəti məhdudlaşdıracaqlar

Moskva, 8 aprel, AZƏRTAC 

Moskva aeroportları Qələbə paradının hava hissəsi ilə bağlı hazırlıq məqsədilə təyyarələrin uçuş-enişini müvəqqəti məhdudlaşdıracaqlar.

AZƏRTAC Rusiyada Hava Hərəkətinin Təşkili üzrə Dövlət Korporasiyasına istinadla xəbər verir ki, cari il aprelin 8, 10, 12, 15, 17, 19 və 22-də uçuşların həyata keçirilməsinə və qəbuluna məhdudiyyətlər tətbiq ediləcək.

Dövlət Korporasiyasının məlumatına görə, məhdudiyyətlər 25 dəqiqədən artıq olmayacaq. Əsasən “Vnukovo” aeroportunun işi həmin günlərdə Moskva vaxtı ilə 10:40-dan 11:05-dək, “Domodedovo” və “Jukovski” aeroportlarında isə Moskva vaxtı ilə 10:45-dən 11:10-dək məhdudlaşdırılacaq.

Bundan başqa, əlverişsiz hava şəraiti hallarında hərbi aviasiyanın məşqləri üçün əsas günlərin əvəzinə 9, 11, 16, 18, 23 və 24 aprel ehtiyat tarixlərindən istifadə ediləcək.

Bu barədə xəbərdarlıq hava məkanının bütün istifadəçilərinə göndərilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.