DÜNYA
Moskva bazarlarında qanunsuz miqrantlara qarşı reydlər aparılır
Moskva, 12 mart, AZƏRTAC
Rusiya polisi Moskvanin ən böyük topdan və pərakəndə satış mərkəzi olan “Fud Siti”də reyd keçirir.
AZƏRTAC xəbər verir ki, martın 12-də səhər Rusiya Federal Milli Qvardiyasının əsgərləri “Fud Siti” bazarının ərazisini mühasirəyə alıblar. Mərkəzin ərazisində axtarışlar aparılır, burada işləyənlərin sənədləri yoxlanılır.
Rusiya hüquq mühafizə orqanlarından bildiriblər ki, reyd miqrasiya qanunvericiliyinin pozulması hallarının aşkar edilməsi, habelə bazarda işləyən şəxslərin müxtəlif cinayətlərlə əlaqəsinin olub-olmamasının yoxlanılması məqsədilə aparılır.
Qeyd edək ki, martın 11-də Moskvanın daha iki ticarət obyektində - “Moskva” ticarət mərkəzində və “Sadovod” bazarında da reydlər keçirilib. Bu obyektlərdə bir neçə miqrantın saxlanıldığı bildirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
- 24.04.2024 [11:50]
Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər
- 24.04.2024 [11:27]
Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır
- 24.04.2024 [11:17]
Filippində istidən altı nəfər ölüb
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]