CƏMİYYƏT
Moskva cərrahları bağırsaqların sürətlə bərpası metodikasını patentləşdiriblər
Moskva, 25 may, AZƏRTAC
Vikenti Veresayev adına xəstəxananın nəzdində fəaliyyət göstərən universitet klinikasının cərrahları rezonans elektrostimulyatorun köməyi ilə bağırsaqların fəaliyyətinin sürətlə bərpası metodikasını patentləşdiriblər.
AZƏRTAC Moskva meriyasının saytına istinadla xəbər verir ki, yeni üsul pasiyenti əməliyyatsız və dərmansız müalicə etməyə imkan verir.
Məlumatda deyilir: “İxtiranın əsasında rezonans dayanır. Bu zaman elektrik cərəyanının impulslar tezliyi mədə-bağırsaq traktının yığılması tezliyi ilə üst-üstə düşür və bağırsaqları işlədir. Unikal olan yeni müalicə metodunun Rusiyada analoqu yoxdur”.
Bildirilir ki, artıq bəzi bağırsaq xəstəliklərinin müalicəsində, habelə əməliyyatdan sonra həzm traktı motorikasının bərpasında yeni metodikadan istifadə olunub. Tibb ocağının təqribən 100 pasiyenti bu prosedurdan keçib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva