DÜNYA


Moskva meri şəhərdə koronavirus ilə bağlı vəziyyətin pisləşdiyini bildirib

Moskva, 21 aprel, AZƏRTAC

Moskva meri şəhərdə koronavirus ilə bağlı vəziyyətin pisləşdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, Moskva meri Sergey Sobyanin Rusiya paytaxtında son 2-3 həftə ərzində koronavirusun yayılması ilə əlaqədar vəziyyətin pisləşdiyini etiraf edib. O şəhərin yaşlı əhalisinin peyvənd edilməyə stimullaşdırmaq təklifini bəyənib. Belə ki, Moskva Ticarət-Sənaye Palatası yaşlı əhalinin mağazalarda və digər müəssisələrdə endirimlər təklif etməklə peyvəndə cəlb olunmasını məqsədəuyğun sayıb.

Moskva Rusiyada koronavirusa yoluxma sayına görə birinci yerdədir. Aprelin 20-nə olan məlumata görə, gündəlik yoluxma 1996 nəfər təşkil edib. Ümumilikdə, paytaxtda 1 milyon 68 min 42 COVID-19 xəstəsi aşkar olunub, onlardan 974 min 229 nəfər sağalıb, 17 min 754 xəstə vəfat edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.