SİYASƏT


Moskva milisi milli diasporlarla işi davam etdirir

Moskva, 23 dekabr (AZƏRTAC). Moskva Daxili İşlər Baş İdarəsi milli diasporlarla işi davam etdirir və cinayət axtarışı sistemində milli zəmində cinayətlərlə mübarizə üzrə xüsusi bölmə yaradılması məsələri nəzərdən keçirilir. Bunu Moskva Milis İdarəsinin rəisi Vladimir Kolokoltsev paytaxt ictimaiyyətinin nümayəndələri və BDİİ-nin İctimai Şurasının üzvləri ilə görüşündə bildirmişdir.

Onun sözlərinə görə, milisdə xüsusi bölmə problemləri daha operativ həll etmək və cinayətkarlığın məhz bu sahəsini daha yaxşı nəzarətdə saxlamaq üçün yaradılır. V.Kolokoltsev vurğulamışdır ki, paytaxt milisi milli diasporların təcrübəsindən istifadə etmək niyyətindədir. O demişdir: “Biz milli diasporların təcrübəsindən istifadə etmişik və bundan sonra da edəcəyik. Hansı formada? Başlıcası budur ki, bu, formal olmasın, real və praktiki formada həyata keçirilsin”.

Kolokoltsev millətlərarası münasibətlərin çox ağrılı mövzu olduğunu diqqətə çatdıraraq bildirmişdir ki, diasporların nümayəndələri təkcə BDİİ-də deyil, digər dövlət idarələrində də olmalıdırlar. Çünki millətlərarası münasibətlər çox ağrılı mövzudur və bu işin daha səmərəli xarakter daşıması üçün bütün imkanlardan istifadə etmək lazımdır”. Moskva milisinin rəhbəri qeyd etmişdir ki, BDİİ yanında İctimai Şurada bütün milli diasporların, dini konfessiyaların, KİV-lərin nümayəndələri vardır və onların işi formal deyil, çox real xarakter daşıyır.

Moskva BDİİ-nin rəisi rəsmi statistikadan nümunə gətirərək bildirmişdir ki, paytaxtda cinayətlərin 49 faizi gəlmələr tərəfindən törədilir. Özü də bu, yalnız üstü açılmış cinayətlərə aiddir. O demişdir: “Əgər üstü açılmamış cinayətlərlə birlikdə ümumi statistikanı götürsək, görərik ki, Moskvada cinayətlərin 70 faizi şəhərə gəlmiş vətəndaşlar tərəfindən törədilir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.