İQTİSADİYYAT
“Moskva” prospektindəki piyada keçidinin liftində yaranan nasazlıq aradan qaldırılıb
Bakı, 2 dekabr, AZƏRTAC
Bu gün “Moskva” prospektinin “20 Yanvar” küçəsi ilə kəsişməsində yerləşən yerüstü piyada keçidinin liftlərindən birində texniki nasazlıq yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nasazlıq əraziyə cəlb edilmiş təmir briqadası tərəfindən qısa müddət ərzində aradan qaldırılıb. Hazırda liftdən istifadə ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur.
Vətəndaşların nəzərinə çatdırılır ki, sözügedən liftlər fiziki məhdudiyyətli, uşaq arabası ilə hərəkət edən şəxslərin və yaşlı insanların istifadəsi üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]