MƏDƏNİYYƏT
Moskva teatrının solistləri Bakıda çıxış edəcək
Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Gənclərə dəstək” beynəlxalq layihə çərçivəsində konsert proqramı təqdim olunacaq. Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Filarmoniyanın təşkilatçılığı ilə reallaşacaq
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, gecədə “Helikon-opera” Moskva Teatrının solistləri Yelena Nekrasova və İnna Zvenyatskaya çıxış edəcəklər.
Dünya və Avropa bəstəkarlarının əsərlərinə müraciət olunacaq konsertdə ifaçıları Xalq Artisti Teymur Göyçayevin bədii rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]