DÜNYA


Moskva vilayətində binanın damının uçması nəticəsində üç nəfər həlak olub VİDEO

Moskva, 17 dekabr, AZƏRTAC

Moskva vilayətindəki Dzerjinski şəhərində istehsalat tikililərinin birində bədbəxt hadisə baş verib: binanın damının uçması nəticəsində 3 nəfər həlak olub, daha 14 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, sözügedən istehsalat tikilisinin damında isidilmə sisteminin təmiri ilə bağlı işlər aparılarkən binanın damı uçub. Nəticədə həmin vaxt damda olan 3 fəhlə həlak olub.

Rusiya İstintaq Komitəsi tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində ehtiyatsızlıq üzündən iki və daha çox şəxsin ölümü faktı üzrə cinayət işi qaldırıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.