İQTİSADİYYAT


Moskvada “Azərbaycan nemətləri” mağazası açılacaq

Moskva, 22 fevral, AZƏRTAC

Moskvada “Azərbaycan nemətləri” mağazası fəaliyyətə başlayacaq.

AZƏRTAC xəbər verir ki, Moskvadakı keçmiş Miyus tramvay-trolleybus parkının yerində böyük qastronomik kvartal açılıb.

“Vedomosti” qəzetinin yazdığına görə, yeni layihəni əslən Azərbaycandan olan iş adamları Qod Nisanov və Zarax İliyevə məxsus “Kiyevskaya ploşad” şirkətinin törəməsi “Siqm-invest” şirkəti həyata keçirib. Layihə çərçivəsində 1903-cü ildə tikilmiş və mədəni irs siyahısına daxil olan Miyus tramvay-trolleybus parkının binası yenidən qurulub. Kvartal 11 min kvadratmetr sahəni əhatə edir. Burada 140 mağazadan ibarət “Depo-Moskva”da 60-dan çox restoran yerləşir.

Hələlik burada bir neçə kafe və restoran fəaliyyət göstərir. Bu ilin mart-aprel aylarında bütün obyektlər müştərilərin üzünə açılacaq. Layihə müəllifləri hər gün kvartala ümumilikdə 20 minədək adamın gələcəyinə ümid bəsləyirlər.

Yeni açılan qastronomik kvartalda “Azərbaycan nemətləri” mağazasının və Azərbaycan mətbəxindən ibarət restoranın da yer alacağı gözlənilir.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.