SİYASƏT


Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Moskva, 29 dekabr, AZƏRTAC

Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondu ilə birlikdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbir keçirib.

ÜAK-ın Moskva regional bölməsinin icraçı direktoru Şamil Tağıyev tədbiri açaraq bütün iştirakçıları ümummilli həmrəylik bayramı və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

ÜAK-ın icraçı direktoru İlqar Hacıyev bu bayramın tarixi barədə söhbət açaraq, dünya azərbaycanlılarının azərbaycançılıq ideyası ətrafında birləşməsinin vacibliyini vurğulayıb.

Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının Rusiyadakı nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev, ÜAK-ın icraçı direktorunun müavini Cavid İbrahimov və başqaları güclü Azərbaycan diasporunun yaradılmasında ümummilli lider Heydər Əliyevin rolunu qeyd edərək, Vətənimizin hüdudlarından kənarda azərbaycanlı gənclərin sıx birləşməsində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) və bu qurumun rəhbəri Leyla Əliyevanın xüsusi rolunu vurğulaylıblar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.