SİYASƏT
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilir
Moskva, 5 aprel, AZƏRTAC
Aprelin 5-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nazirlərin aktual regional və beynəlxalq məsələləri, MDB formatında qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə edəcəkləri, hüquq mühafizə, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəldilmiş bir sıra sənədlər imzalayacaqları gözlənilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva