MƏDƏNİYYƏT


Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib VİDEO

Moskva, 19 sentyabr, AZƏRTAC

Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə MDB ölkələrindən, o cümlədən Azərbaycandan, habelə Litva, Latviya, Estoniya, Fransa, Niderland, ABŞ-dan və digər ölkələrdən nümayəndə heyətləri iştirak ediblər. Assambleya Rusiya Kitab İttifaqı tərəfindən təşkil olunub.

Layihədə məqsəd qiraət mədəniyyətinin gücləndirilməsində səylərin birləşdirilməsidir. Rusiya Kitab İttifaqının sədri Sergey Stepaşin tədbirin açılışında çıxış edərək bildirib ki, hazırda bütün dünyada qiraət, xüsusilə də uşaq qiraəti ilə bağlı böyük problemlər var. Tədbirin də məqsədi bu sahədə olan çatışmazlıqları üzə çıxarmaq, təcrübə mübadiləsi aparmaqdır. S.Stepaşin həmçinin qeyd edib ki, görüş iştirakçıları ölkələrinin tanınmış yazıçılarının kitablarının təbliği məsələlərini də müzakirə edirlər. Belə ki, hər bir ölkəni kitab vasitəsilə tanıtmaq daha yaxşıdır.

Tədbirdə çıxış edən “Azərkitab” Kitab Təbliği Mərkəzinin layihə rəhbəri Sabir Həsənov qurumun Azərbaycanda kitab təbliği sahəsində gördüyü işlərdən danışıb. Bildirib ki, Mərkəzdə gənclərin kitaba marağının artırılması üçün məşhur yazıçılarla görüşlər, kitab təqdimatları keçirilir, habelə “İnternet mağaza” yaradılıb. S.Həsənov vurğulayıb ki, ölkəmizdə rus dilində təhsil həyata keçirən təhsil müəssisələri çoxdur. Bu səbəbdən “Azərkitab” kitab seçimi zamanı Rusiya nəşriyyatlarının çap etdiyi elmi kitablara geniş yer verir. O, Bakıda dünya nəşriyyatlarının tədris və elmi kitab mərkəzinin yaradılması planı barədə də məlumat verib.

Tədbir iştirakçıları rəqəmsal cəmiyyətdə kitab və oxucu problemləri, kitab sənayesində müasir modellər və meyllər, informasiya məkanının qloballaşması şəraitində milli ədəbiyyatın özgürlüyünün qorunub saxlanması və digər məsələləri müzakirə ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.