İQTİSADİYYAT


Moskvada MDB ölkələrinin Turizm üzrə Şurasının iclası keçiriləcəkdir

Bakı, 13 oktyabr (AZƏRTAC). Oktyabrın 15-də Moskvada Turizm Sahəsində Əməkdaşlıq haqqında Sazişin iştirakçısı olan dövlətlərin Turizm üzrə Şurasının iclası keçiriləcəkdir.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclas iştirakçılarının Birliyin 20 illiyinə həsr edilmiş tədbirləri, MDB ölkələrinin 2011-2012-ci illərdə humanitar əməkdaşlıq sahəsində Prioritet Tədbirlər Planını və digər məsələləri müzakirə edəcəyi nəzərdə tutulur.

Turizm MDB çərçivəsində humanitar əməkdaşlığın prioritet istiqamətlərindən biridir. O, Birlik məkanında mədəniyyətlərarası dialoqun inkişafında, dövlətlərarası münasibətlərdə mehriban qonşuluq və etimad ab-havasının formalaşmasında mühüm rol oynayır. Bu sahədə qarşılıqlı fəaliyyətin başlıca məqsədi ümumi turizm məkanı yaratmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.