CƏMİYYƏT


Moskvada “Mədəniyyətlərin və sivilizasiyaların dialoqu” mövzusunda Beynəlxalq konfrans keçirilir

Moskva, 15 mart, AZƏRTAC

Moskva Dövlət Linqvistika Universitetində “Mədəniyyətlərin və sivilizasiyaların dialoqu” mövzusunda Beynəlxalq konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu konfransın işində fəxri qonaq qismində iştirak edib. O, Azərbaycanda multikulturalizm mövzusunda məruzə ilə çıxış edib.

Konfransda mədəniyyətlərin və sivilizasiyaların dialoqunun fəlsəfi əsasları, Rusiyanın, habelə Avropa, Aşıya və Amerika qitələri ölkələrinin tarixi-mədəni irsi, sivilizasiyalar sistemində ilahiyyat, mədəniyyətlərarası dialoq və dini kommunikasiyanın pozulması və s. kimi mövzular ətrafında maraqlı diskussiyalar aparılır.

Konfrans iştirakçıları mədəniyyətlərarası, sivilizasiyalararası və konfessiyalararası qarşılıqlı fəaliyyətin aktual modellərini və prinsiplərini müzakirə edirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.