MƏDƏNİYYƏT


Moskvada Müslüm Maqomayevin 80 illiyi qeyd olunacaq

Bakı, 10 avqust, AZƏRTAC

Oktyabrın 29-da Moskvada “Crocus City Hall”da SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunan konsert keçiriləcək.

AZƏRTAC xəbər verir ki, konsert proqramında Rusiya estradasının və operasının ulduzları iştirak edəcəklər. Konsertdə M.Maqomayevin repertuarından mahnı və ariyalar səsləndiriləcək.

Qeyd edək ki, “Crocus City Hall”un ikinci mərtəbəsinin foyesində Müslüm Maqomayevin xatirəsinə həsr olunan muzey var. Muzeyi ziyarət edəcək tamaşaçılar görkəmli ifaçının şəxsi əşyalarını, onun çəkdiyi rəsmləri, ailə arxivindən fotoşəkilləri və musiqi karyerası ərzində aldığı çoxsaylı beynəlxalq mükafatları görmək imkanı əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.