MƏDƏNİYYƏT


Moskvada Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub

Moskva, 17 fevral, AZƏRTAC

Moskvadakı Millətlər Evində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadə Məclisi və “Bakılılar” mədəni-maarifçilik klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiya və Azərbaycanın elm adamları, ədəbiyyatşünaslar, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

“Bakılılar” klubunun rəhbəri Cəmil Sadıxbəyov görüşdə çıxış edərək Nizami Gəncəvinin 880 illik yubileyinin Rusiya paytaxtında qeyd olunmasının xüsusi əhəmiyyətini vurğulayıb. C.Sadıxbəyli xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin 2002-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə birlikdə Nizami Gəncəvinin Sankt-Peterburq şəhərində abidəsinin açılışı zamanı dahi şairimizin parlaq irsinin təkcə Şərq mədəniyyətində deyil, bütün bəşəriyyətə məxsus olduğunu bildirib.

Rusiyanın Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, nizamişünas alim Abuzər Bağırov Nizami Gəncəvinin irsinin Rusiyada geniş təbliğinin vacibliyindən danışıb.

“Onun əsərlərində həm keçmişimiz, həm bu günümüz, həm də gələcəyimizə işarələr var. Yaxşı olardı ki, “Nizami Gəncəvi İli” çərçivəsində belə bir kitab ərsəyə gəlsin”, - deyə o bildirib.

Azərbaycan Əlyazmalar İnstitutunun direktoru, tanınmış ədəbiyyatşünas alim Teymur Kərimli, İstanbul Texniki Universitetinin kafedra müdiri Çingiz Hacıyev tədbirə videoəlaqə vasitəsi ilə qatılaraq Nizami Gəncəvi yaradıcılığı barədə maraqlı faktlar təqdim ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.