MƏDƏNİYYƏT


Moskvada Novruz bayramı qeyd olunub

Moskva, 25 mart, AZƏRTAC

Moskvadakı Ümumrusiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Novruz bayramı qeyd olunub.

AZƏRTAC xəbər verir ki, bayram şənliyi çərçivəsində milli pavilyonlar, restoranlar, konsert və idman meydançaları fəaliyyət göstərib. Xalq sənəti ustaları bayrama gələnlər üçün ustad dərsləri keçiblər.

Azərbaycan pavilyonunda milli mətbəx nümunələri, suvenirlər təqdim olunub. Bayram şənliyi çərçivəsində ənənəvi plov festivalı keçirilib. Bu il müxtəlif xalqların milli mətbəx nümunələri əsasında plovları Rusiya paytaxtının ən məşhur restoranlarının aşpazları hazırlayıblar. Bayram şənliyində 30 mindən çox insan iştirak edib.

Novruz bayramı Moskvada artıq onuncu ildir təntənəli şəkildə qeyd olunur.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.