CƏMİYYƏT


Moskvada Qafqaz Müsəlmanları İdarəsi sədrinin və bütün ermənilərin katolikosunun görüşü keçirilir

Moskva, 8 sentyabr, AZƏRTAC 

Sentyabrın 8-də Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qaregin arasında görüş başlayıb.

AZƏRTAC xəbər verir ki, Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin vasitəçiliyi ilə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və digər məsələlər müzakirə edilir.

A.Paşazadə ümidvar olduğunu bildirib ki, bu görüşün nəticəsi bütün Qafqaz xalqları üçün faydalı olacaq. Din xadimlərinin görüşləri bundan əvvəl də olub. Təəssüflər olsun ki, həmin görüşlər nəticəsiz qalıb. Görüşə aqressiv ritorika ilə başlasaq, çətin ki, bir nəticəyə gələk. Problemin elə həlli tapılmalıdır ki, xalqa bundan ziyan dəyməsin. Dini liderlərin bu münaqişənin həllində yaxından iştirak etmək imkanı var. Müharibə Azərbaycan ərazisində gedir. Azərbaycan torpaqları işğal olunub. Milyonlarla insan ata-baba yurdundan didərgin düşüb. Onlar öz ata-babalarının məzarlarını ziyarət edə bilmirlər. Müqəddəs yerlərin, məbədlərin təhqir edilməsi faktları var. Bu, heç də dindarlara şərəf gətirməz. Öz ata-babalarının qəbrini ziyarət etməyə getmiş azərbaycanlılar artıq iki ildir həbsdədirlər. Biz görüşmək xatirinə deyil, nəticə əldə etmək üçün görüşməliyik.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.