DÜNYA


Moskvada Rusiya-ərəb ölkələri İşgüzar Şurasının sessiyası və “Ərəb-EKSPO 2019” sərgisi keçirilir

Moskva, 8 aprel, AZƏRTAC

Rusiya Yaxın Şərqdə və Şimali Afrikada münaqişələrin ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət olunmaqla siyasi-diplomatik vasitələrlə həllinə çalışır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-ərəb ölkələri İşgüzar Şurasının Moskvada keçirilən sessiyasındakı çıxışında söyləyib. Nazir qeyd edib ki, Rusiya ərəb ölkələri ilə birlikdə regiondakı münaqişələrin ölkələrin suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətlə beynəlxalq hüquq əsasında həllinə yönəlmiş siyasət yeridir.

Qeyd edək ki, bu gün Moskvada Rusiya-ərəb ölkələri İşgüzar Şurasının XII sessiyası və “Rusiya-ərəb dünyası: ümumi rifah naminə fəaliyyət dövrü” şüarı altında “Ərəb-EKSPO 2019” beynəlxalq sərgisi açilib. Tədbirdə 20 ərəb ölkəsindən, o cümlədən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Tunisdən nümayəndə heyətləri iştirak edir. Forum çərçivəsində tikinti, daşınmaz əmlak, maliyyə xidmətləri, təbabət, təhsil və digər sahələri əhatə edən dəyirmi masalar, plenar sessiyalar, görüşlər keçirilməsi planlaşdırılır.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.