DÜNYA


Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir

Moskva, 23 yanvar, AZƏRTAC

Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, görüşün əvvəlində Rusiya Prezidenti Vladimir Putin bildirib ki, iki ölkə prezidentlərinin dəstəyi ilə mütəmadi keçirilən görüşlər müsbət nəticə verir. Türkiyə ilə Rusiya arasında əmtəə dövriyyəsi ötən ilin 10 ayı ərzində bütövlükdə 2017-ci ildəkindən daha çox artıb. O, ölkələr arasında münasibətlərin yaxşılaşmasını Rəcəb Tayyib Ərdoğanın şəxsi xidmətləri kimi qiymətləndirib. Rusiya Prezidenti deyib ki, ötən il Türkiyədə 6 milyon rusiyalı turist istirahət edib. Bu, Rusiya və Türkiyə vətəndaşlarının ölkələr arasında əlaqələrin keyfiyyətində dəyişikliyə necə münasibət bəsləməsindən xəbər verir. O deyib: “Cənab Prezident, əziz dostum, bu, müəyyən mənada Sizin şəxsi nailiyyətinizdir, çünki Siz buna çox vaxt sərf edirsiniz”. Vladimir Putin əlavə edib ki, tərəflər ikitərəfli layihələri həyata keçirməkdə, təhlükəsizlik sahəsində və Suriya münaqişəsinin həlli istiqamətində əməkdaşlığı davam etdirəcəklər.

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Türkiyə arasında əlaqələrin inkişafının Yaxın Şərqdə təhlükəsizliyə müsbət təsir göstərdiyini vurğulayıb. İki ölkə arasında bir çox sahələrdə, o cümlədən hərbi, mədəni, iqtisadi sahələrdə inkişafın müşahidə olunduğunu qeyd edən Türkiyə Prezidenti Astana Sammiti çərçivəsində keçirilən görüşlərin Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsinə müsbət təsirini də diqqətə çatdırıb.

Rəcəb Tayyib Ərdoğan Kerç boğazında gəmilərdə baş vermiş yanğın nəticəsində Türkiyənin həlak olan 16 vətəndaşının ailələrinə başsağlığı verib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.